“Qarabağ” "Neftçi"ni darmadağın etdi, "Sabah"dan geridönüş - YENİLƏNİB

19 Aprel 21:50 Premyerliqa 499
“Qarabağ” "Neftçi"ni darmadağın etdi, "Sabah"dan geridönüş - YENİLƏNİB

Premyer Liqanın XXXI turunda "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək.

Sportinfo.az xəbər verir ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçı Elçin Məsiyev idarə edəcək.

Qarşılaşmanın start fiti saat 20:00-da səslənəcək.

Cari mövsümün bitməsinə 6 tur qalmış Ağdam təmsilçisi 73 xalla turnir cədvəlinə başçılıq edir. 35 xala malik "Neftçi" isə altıncıdır.

Günün digər oyununda "Sabah" "Səbail"lə qarşılaşacaq. Görüş "Bank Respublika Arena"da, saat 17:30-da başlayacaq.

Turnir cədvəlində "Sabah" 36 xalla beşincidir. "Səbail" isə 20 xalla sonuncu - onuncu pillədə qərarlaşıb.

Turun açılış oyununda "Araz-Naxçıvan" dünən doğma meydanda "Turan Tovuz"la heç-heçəyə (1:1) razılaşıb.

17:30. “Sabah” – “Səbail” 3:2

Qollar: Sofian Çakla, 31, Dmitro Litvin, 82 - avtoqol, Coy-Lens Mikels, 90+3 // İnnosent Nşuti, 21, Süleyman Alluş, 74

Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Əkbər Əhmədov.

VAR: Rəşad Əhmədov.

AVAR: Cəmil Quliyev.

Hakim-inspektor: Feyzulla Feyzullayev.

"Bank Respublika Arena"

20:00. “Qarabağ” – “Neftçi” 3:0

Qollar: Abdullah Zubir, 22, Yassin Benzia, 38 (p), Nəriman Axundzadə, 40

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.

VAR: Kamal Umudlu.

AVAR: Namik Hüseynov.

Hakim-inspektor: Ömər Paşayev.

Tofiq Bəhramov adına Respublika stadionu

"Qarabağ": 99. Mateus Koxalski, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 7. Yassin Benzya, 8. Marko Yankoviç, 9. Kadi Borges, 2. Mateus Silva, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 12. Sadiq Məmmədzadə, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 81. Kevin Medina, 66. Patrik Andrade, 19. Redon Cica, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.

"Neftçi": 93. Rza Cəfərov (k), 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 4. Elvin Camalov, 90. Ramil Şeydayev, 6. Rafael Quzzo, 99. Ervin Koffi, 44. Yuri Matias, 24. Mustafa Sek, 22. Dembo Darboe, 11. Aleks Fernandes.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 10. Filip Ozobiç, 8. Emin Mahmudov, 19. Azər Salahlı, 7. Azər Əliyev, 91. Ağadadaş Salyanski, 78. Elcan Əbilov, 47. Murad Məmmədov, 9. Bassala Sambu, 88. Andrey Ştoqrin, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Samir Abasov.

Bombardirlər:

Leandro Andrade ("Qarabağ") - 14 qol

Cesse Sekidika ("Sabah") - 10 qol

Davit Volkov ("Zirə") - 10 qol

Felipe Santos ("Araz Naxçıvan") - 9 qol

Salifu Suma ("Zirə") - 9 qol

Rafael Utziq ("Zirə") - 9 qol

Coy-Lens Mikels ("Sabah") - 9 qol

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 18:10 Çək və bizə göndər!