
Azərbaycan millisinin sabiq hücumçusu Vadim Vasilyev Premyer Liqanın XXXI turunda baş tutacaq “Qarabağ” - “Neftçi” matçında şansları dəyərləndirib.
Sportinfo.az xəbər verir ki, vaxtilə hər iki klubda çıxış etmiş veteran futbolçu “report”a açıqlamasında “Qarabağ”a daha çox şans verdiyini söyləyib.
O, son nəticələrin məhz Ağdam təmsilçisinin xeyrinə olduğunu deyib:
“Son nəticələr “Qarabağ”ın xeyrinədir. Yəqin ki, bu oyunda da “Qarabağ” qələbə qazanacaq.
Ümumiyyətlə, komanda çempionluğa əsas namizəddir. “Neftçi”də isə sabit oyun yoxdur”.
52 yaşlı veteran hücumçu “Qarabağ”ın cari mövsüm istənilən səviyyədə çıxış etmədiyini də vurğulayıb:
“Qarabağ” bu mövsüm ötən ilə nisbətən aşağı səviyyədə çıxış edir. Sanki komanda bir az öz oyununu itirib.
“Neftçi”nin bu mövsüm bəzi matçlarda “Qarabağ”ı məğlub etmək şansı olsa da, bundan yararlana bilmədi”.
Aprelin 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Neftçi” matçının start fiti 20:00-da səsləndiriləcək.