
Premyer Liqanın 31-ci turu üç nəfər üçün tamaşa meydanı olacaq.
İki futbolçu və bir baş məşqçi oyunları kənardan izləyəcək.
Ötən həftə bölgədə baş tutan “Turan Tovuz” – “Sabah” qarşılaşmasında texniki zonadan qovulan meydan sahiblərinin baş məşqçisi Kurban Berdıyev, həmçinin qırmızı vərəqə alan qonaqların hücumçusu Pavol Şafranko cəzalı duruma düşüblər.
“Kəpəz”li Elmir Tağıyev isə sarı vərəqə limitini doldurduğu üçün meydana çıxmaqdan məhrum olub.
Aprelin 18-də “Araz-Naxçıvan” – “Turan Tovuz”, ertəsi “Sabah” – “Səbail”, “Qarabağ” – “Neftçi”, aprelin 20-də “Şamaxı” – “Kəpəz”, “Zirə” – “Sumqayıt” görüşləri baş tutacaq.
HƏBİB / SPORTİNFO.AZ