Premyer Liqanın hansı klubları AFFA-nı pulda qabağa saldı?

17 Aprel 01:50 Premyerliqa 200
Premyer Liqanın hansı klubları AFFA-nı pulda qabağa saldı?

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, yığıncaqdai Premyer Liqanın XXX turunun matçlarında yaşananlara hüquqi qiymət verilib.

“Səbail” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə Bakı klubu 800 manat cərimələnib.

Qonaqların heyətində 4 nəfər sarı vərəqə aldığı üçün “Turan Tovuz” 700 manat cərimə edilib.

Bu görüşün 19-cu dəqiqəsində ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir edən “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev 3-ü şərti olmaqla 5 oyun cəzalanıb. Klub 4000 manat cərimələnib. Mütəxəssisə sınaq müddəti 3 ay təyin edilib.

Tovuz təmsilçisinin azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə klub 800 manat ziyana düşüb. Fanatlar tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə “Turan Tovuz” 1000 manat ödəyəcək.

Qarşılaşmanın 45+2-ci dəqiqəsində qonaqların futbolçusu Pavol Safranko ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. Klub 500 manat cərimə edilib.

“Sumqayıt” – “Şamaxı” matçında qonaqların fotoqrafı zonalar üzrə qaydanı pozduğuna görə meydan sahibləri 500 manat cərimələnib.

“Kəpəz” – “Araz-Naxçıvan” görüşündə meydan sahiblərinin azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə klub 500 manat xərcə düşüb.

“Neftçi” – “Zirə” oyununda 4 sarı vərəqə alan meydan sahibləri 700 manat ödəyəcək.

“Neftçi”nin azarkeşləri tərəfindən rəqib futbolçuya irqi mənsubiyyətinə görə təhqiramiz səslər çıxarıldığına görə klub 2000 manat cərimələnib.

Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 21:30 "Risk etmək istəmədik"
18 Aprel 19:30 Çək və bizə göndər!