
Premyer Liqada XXX tura bu gün baş tutacaq iki oyunla yekun vurulacaq.
Sportinfo.az xəbər verir ki, əvvəlcə “Araz-Naxçıvan” səfərdə “Kəpəz”in qonağı olacaq.
Tovuz şəhər stadionunda keçiriləcək və Kamal Umudlunun idarə edəcəyi görüş saat 17:00-da başlayacaq.
“Araz-Naxçıvan” hazırda 51 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Doqquzuncu yerdə olan Gəncə klubunun isə 27 xalı var.
Turun son matçı “Neftçi Arena”da baş tutacaq. “Neftçi” evdə “Zirə” ilə üz-üzə gələcək.
Rəşad Əhmədovun idarə edəcəyi matçın start fiti saat 19:15-də səsləndiriləcək. “Zirə” turnir cədvəlində 55 xalla ikincidir. Altıncı olan “Neftçi”nin 35 xalı var.
Turun daha əvvəl keçirilən görüşlərində “Qarabağ” “Səbail”i (4:1), “Turan Tovuz” “Sabah”ı (2:1), “Şamaxı” isə “Sumaqayıt”ı (2:1) məğlub edib.
"Kəpəz" – "Araz-Naxçıvan" 0:0
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Müslüm Əliyev, Əli Əliyev
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
Tovuz şəhər stadionu, 17:00
"Kəpəz": 1. Rojerio Santos, 12. Turan Manafov, 5. Rauf Hüseynli, 8. Elmir Tağıyev, 21. Camal Cəfərov, 26. Valdemar Almeyda, 9. Luis Paçu, 29. Dioqo Verdaska, 78. Yeqor Xvalko (k), 28. Rati Ardazişvili, 88. Şevroni Mabatşoev
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 18. Elgün Bayramov, 2. İlkin Qırtımov, 7. Ehtiram Şahverdiyev, 99. Əli Səmədov, 70. Nicat Süleymanov, 6. Nemət Musayev, 17. Ümid Səmədov, 19. Sadiq Şəfiyev, 41. Seymur Xəlilov, 11. Trent Buhagiar, 10. Karim Lkoça
Baş məşqçi: Azər Bağırov
"Araz-Naxçıvan": 12. Kristian Avram, 5. Qara Qarayev, 34. Urfan Abbasov (k),v2. Slavik Alxasov,v26. Ömər Buludov, 16. Ramon Maçado, 29. Vanderson Melo, 8. Karlos Jatoba, 4. İqor Ribeyro, 97. Felipe Santos, 10. Bernardo Dias
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 6. Vadim Abdullayev, 7. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 17. İssuf Paro, 23. Nuno Rodriqes
Baş məşqçi: Elmar Baxşıyev
"Neftçi" – "Zirə" 2:4
Qollar: Filip Ozobiç, 9, Edvin Kuç, 23 - Rafael Utziq, 42 (p), 75 (p) David Volkov, 61, Ceyhun Nuriyev, 77
Hakimlər: Rəşad Əhmədov, Zöhrab Abbasov, Teymur Teymurov, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
“Neftçi Arena”, 19:15
“Neftçi”: 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 7. Azər Əliyev, 4. Elvin Camalov, 90. Ramil Şeydayev, 91. Ağadadaş Salyanski, 14. Edvin Kuç, 99. Ervin Koffi, 44. Yuri Matias
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rustam Samigullin, 17. Rəhman Hacıyev, 78. Elcan Əbilov, 47. Murad Məmmədov, 6. Rafael Quzzo, 9. Bassala Sambu, 22. Dembo Darbo, 88. Andrey Ştoqrin, 77. Yeqor Boqomolski, 11. Aleks Fernandes
Baş məşqçi: Samir Abasov
“Zirə”: 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 32. Qismət Alıyev(k), 8. İsmayıl İbrahimli, 5. Stefan Aka, 4. Ruan Renato, 90. Davit Volkov, 30. Rikardo Martins, 23. Rafael Utziq, 17. Ayron Qomis, 19. Salifu Suma
Ehtiyat oyunçular: 97. Tiaqo Silva, 41. Anar Nəzirov, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 29. Ceyhun Nuriyev, 48. Ramiz Muradov, 10. Giorgi Papunaşvili, 70. İssa Cibrila, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 18. Martins Junior, 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov
