Premyer Liqa klublarının “kisə”si - Yarım milyon “itirdilər”

12 Aprel 09:20 Premyerliqa 503
Premyer Liqa klublarının “kisə”si - Yarım milyon “itirdilər”

2025/2026 mövsümündə Premyer Liqada çıxış edəcək klublar üçün AFFA tərəfindən ayrılacaq maliyyə vəsaiti bəlli olub.

Sportinfo.az xəbər verir ki, bunu AFFA-nın prezidenti Rövşən Nəcəf qurumun Hesabat Konfransında açıqlayıb.

Onun sözlərinə görə, əvvəl olduğu kimi yeni mövsümdə də klublar üçün 30 milyon manat ayrılacaq.

Yeni mövsümdən Premyer Liqada 12 komanda iştirak edəcəyindən bu məbləğ 10 deyil, 12 yerə bölünəcək.

Bu isə o deməkdir ki, hər kluba illik 2.5 milyon manat veriləcək. Daha əvvəl isə klubların hər birinə 3 milyon manat vəsait ayrılırdı.

Digər Xəbərlər
Xəbər Lenti
12 Aprel 18:10 Çək və bizə göndər!
12 Aprel 08:50 O. bu liqaya göndərildi
12 Aprel 03:30 "Mən həyəcanlanıram"