
Azərbaycanın adı açıqlanmayan klubunun maraq dairəsində olan “Krivbass”ın (Ukrayna) hücumçusu Daniel Sosaya təkliflər artır.
Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, Niger millisinin futbolçusu Qazaxıstan və Ukraynadan da dəvət alıb.
Hətta qazaxlar qışda onun üçün 50 min dollar ödəməyə hazır olduğunu bildirib. Lakin klubu bu variantı rədd edib.
Sosa Ukraynanın digər klubunun təklifini də qəbul etməyib. Hazırda ən real variant kimi Azərbaycan təmsilçisi göstərilir.
“Krivbass”la müqaviləsi mövsümün sonuna qədər olan 26 yaşlı oyunçu yayda azad agent statusu daşıyacaq. Buna görə də forvard qərar verməyə tələsmir.
Daniel Sosa 2023-cü ildən “Krivbass”ın formasını geyinir.