
AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Sportinfo.az xəbər verir ki, yığıncaqda Premyer Liqanın XXIX turunda baş verənlər müzakirə olunub.
“Səbail” – “Turan Tovuz” oyunu bitdikdən sonra qonaqların futbolçusu Veysəl Rzayev azarkeşi vurmağa cəhd edib.
O, buna görə 1-i şərti olmaqla 2 oyun cəzalandırılıb. “Turan Tovuz” 2000 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.
“Sabah” – “Kəpəz” matçı bitdikdən sonra qonaqların azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə Gəncə klubu 1500 manat cərimələnib.
“Araz-Naxçıvan” – “Sumqayıt” görüşündə qonaqların azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə klub 1000 manat cərimə ödəyəcək.