Bilməyənlər üçün – Avrokuboklara hansı komandalar vəsiqə qazanacaq?

9 Aprel 19:40 Premyerliqa 1 176
Bilməyənlər üçün – Avrokuboklara hansı komandalar vəsiqə qazanacaq?

Çempionat sona yaxınlaşdıqca bir qrup azarkeşi bu sual maraqlandırır.

Premyer Liqanı dördüncü pillədə başa vuran komanda hansı halda avrokuboklara vəsiqə qazana bilər.

Bu sual xüsusən tovuzlu fanatların arasında aktualdır və əsas məqam “Turan Tovuz”un ölkə kubokundakı mübarizəni erkən başa vurmasına görədir.

Qaydalara əsasən, avrokuboklara vəsiqə verən dörd yerdən üçü Premyer Liqa, biri isə kubok yolu ilə Avropaya yollanmalıdır.

Bəs hansı halda çempionatın dördüncüsünün qarşısında “yaşıl işıq” yana bilər?

Birinci variant - “Qarabağ” ölkə kubokunu başı üzərinə qaldırsa.

İkinci variant – “Araz-Naxçıvan” çempionatı ilk “üçlük”də başa vurub, ölkə kubokunun qalibi olsa.

Bu iki halda dördüncü yerin sahibi Konfrans Liqasına vəsiqə qazanacaq.

Hansı halda “dördüncü” üçün qapılar bağlanacaq?

Finala yüksələcək “Neftçi”ylə “Sabah”dan biri Premyer Liqada “üçlüy”ə daxil olmadan ölkə kubokuna sahib olsa.

Düzdür, yarışların başa çatmasına çox vaxt var. Qarşıdakı həftələrdə dəyişikliklərin yaşanması qaçılmazdır. Biz, sadəcə, narahat azarkeşlər üçün ümumi vəziyyəti izah etməyə çalışdıq.

Sonda onu da bildirək ki, Azərbaycan kubokunu qazanan komanda ölkəmizi Avropa Liqasında təmsil edəcək.

Əgər “Qarabağ” növbəti dəfə kuboka yiyələnsə və Premyer Liqada qızıl medalları qazansa, belədə çempionatın ikincisi Avropa Liqasına yollanacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti