“Araz-Naxçıvan” və "Neftçi" qalib gəldi - YENİLƏNİB

7 Aprel 19:55 Premyerliqa 876
“Araz-Naxçıvan” və "Neftçi" qalib gəldi - YENİLƏNİB

"Neftçi" bu gün Premyer Liqada "Şamaxı" ilə üz-üzə gələcək.

Sportinfo.az xəbər verir ki, XXIX turun oyunu saat 15:30-da start götürəcək.

Şamaxı şəhər stadionunda gerçəkləşəcək qarşılaşmanın baş hakimi Fərid Hacıyev olacaq. "Ağ-qaralar" 28 turdan sonra 32 xalla altıncı, meydan sahibləri 28 xalla səkkizinci pillədə qərarlaşıb.

Tura saat 18:00-da “Liv Bona Dea Arena”da keçiriləcək "Araz-Naxçıvan" - "Sumqayıt" görüşü ilə yekun vurulacaq.

Qarşılaşmanı Cavid Cəlilov idarə edəcək. Naxçıvan komandası 48 xalla üçüncü, "gənclik şəhəri" təmsilçisi 29 xalla yeddincidir.

Turun əvvəlki oyunlarında "Kəpəz" səfərdə "Sabah"ı, "Qarabağ" evdə "Zirə"ni 1:0 hesabı ilə üstələyib. "Səbail" - "Turan Tovuz" matçında hesab açılmayıb.

15:30. “Şamaxı” – “Neftçi” 0:2

Qollar: Ramil Şeydayev, 42-pen; Filip Ozobiç, 89
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı şəhər stadionu

“Şamaxı”: 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov 18. Cəlal Hüseynov (k) 82. Rüfət Abbasov 24. Edqar Adilxanov 12. Maykl Tuik 32. Vasiliye Radenoviç 93. Brahim Konate 30. Andrey Tirkoveanu 66. Vasiliye Bakiç 33. Alfons Msanqa

Ehtiyat oyunçular: 85. Kamal Bayramov 62. Abdulla Seydəhmədov 60. Səbayıl Bağırov 23. Murad Vəliyev 6. Rauf Rüstəmli 19. Fəxri Məmmədli 73. Elmar Məmmədov

Baş məşqçi: Ayxan Abbasov

“Neftçi”: 1. Emil Balayev (k) 10. Filip Ozobiç 3. Höccət Haqverdi 19. Azər Salahlı 7. Azər Əliyev 90. Ramil Şeydayev 13. Emil Səfərov 14. Edvin Kuç 6. Rafael Quzzo 99. Ervin Koffi 9. Bassala Sambu

Ehtiyat oyunçular: 93. Rza Cəfərov 30. Rustam Samigullin 17. Rəhman Hacıyev 91. Ağadadaş Salyanski 47. Murad Məmmədov 22. Dembo Darboe 77. Yeqor Boqomolski 11. Aleks Fernandes

Baş məşqçi: Samir Abasov

18:00. “Araz-Naxçıvan”– “Sumqayıt” 2:0

Qollar: Roman Maçado, 21 (p), Ribeyro, 65
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Elvin Bayramov.
VAR: Nicat İsmayıllı.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
“Liv Bona Dea Arena”

"Araz-Naxçıvan:" 12. Kristian Avram, 5. Qara Qarayev, 34. Urfan Abbasov (k), 2. Slavik Alxasov, 26. Ömər Buludov, 16. Ramon Maçado, 29. Vanderson Melo, 8. Karlos Jatoba, 4. İqor Ribeyro, 97. Felipe Santos, 10. Bernardo Dias
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 6. Vadim Abdullayev, 7. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 23. Nuno Rodriqes
Baş məşqçi: Elmar Baxşıyev

"Sumqayıt": 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 2. Sertan Taşkın, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 19. Roi Kehat, 95. Miloş Miloviç, 23. Ronaldo Vaskez, 60. Tresor Mossi, 9. Bobir Abdixolikov
Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev, 94. Rəşad Əzizli, 6. Vüqar Mustafayev, 7. Rövlan Muradov, 41. Uğur Cahangirov, 21. Nihad Əhmədzadə, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 11. Momo Yansane, 99. Silvanus Nimeli, 5. Alan Dias, 77. Casurbek Caloliddinov
Baş məşqçi: Vaqif Cavadov

Digər Xəbərlər
Xəbər Lenti
12 Aprel 18:10 Çək və bizə göndər!
12 Aprel 08:50 O. bu liqaya göndərildi
12 Aprel 03:30 "Mən həyəcanlanıram"
April
2025
SunMonTueWedThuFriSat