
“Ümumilikdə maraqlı tur oldu.
“Neftçi”də futbolçuları “silkələmək” lazımdır. Oynadıqları klubun fərqində olmalıdırlar.
Nəticələrə etiraz edən futbolçu qrupu yoxdur. Çatışmazlıq budur.
“Sabah”da isə işlər arzulanan səviyyədə getmir. “Turan Tovuz”a gəlincə, hazırki qapıçını gətirdikləri kimi biletini alıb geri göndərsələr yaxşıdır”.
Bu açıqlama “Sportinfo TV”nin aparıcı eskperti Elçin Cəfərova məxsusdur.
Tanınmış jurnalist Premyer Liqada başa çatan 28-ci tur barədə danışıb, maraqlı şərhlərlə diqqət çəkib.
Xüsusilə “Neftçi”də futbolçular üzərindən dəyərləndirmələr edən tanınmış Cəfərov onları nəticələrə etiraz etməməkdə günahlandırıb.
O, “Turan Tovuz”un qapıçısı İvan Konovalovun performansını tənqid atəşuna tutub, bölgə klubundakı çatışmazlıqlardan danışıb.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN