
Premyer Liqanın 28-ci turu bəzi futbolçular üçün tamaşa meydanı olacaq.
Həftəsonu baş tutacaq oyunları üç komandadan dörd futbolçu kənardan izləyəcək.
Bunlar “Araz-Naxçıvan”dan Felipe Santos, “Şamaxı”dan Brahim Konate, “Səbail”dən Süleyman Alluş və İlkin Muradovdur.
Adları çəkilənlərin hər biri əvvəlki turlarda alınan sarı və qırmızı vərəqələrin cəzasını ödəmək məcburiyyətində qaldığından, 28-ci turun həyəcanını hiss etməkdən məhrum olub.
Yeri gəlmişkən, sarı vərəqə limitini dolduran “Şamaxı”nın çalışdırıcısı Ayxan Abbasov da “Zirə” ilə dueli tribunadan izləyəcək.
Martın 28-də “Turan Tovuz” – “Qarabağ”, ertəsi “Sumqayıt” – “Sabah”, “Neftçi” – “Araz-Naxçıvan”, martın 30-da “Kəpəz” – “Səbail”, “Zirə” – “Şamaxı” oyunları baş tutacaq.
HƏBİB / SPORTİNFO.AZ