
Cari mövsümdə qeydə alınan nəticələr hər kəsi təəccüblədirməkdə davam edir.
Dünənə qədər hegemonluğu əldən verməyən “Qarabağ” gözlənilməz xal itkiləri ilə üzləşir, çempionatda qalmaq uğrunda mübarizə aparan “Kəpəz” III dövrədə avrokuboklara vəsiqəyə iddialıların bəzilərindən çox xal toplayıb, mövsümün əvvəlində liderlik taxtında əyləşən “Araz-Naaxçıvan” 2025-ci ildə cəmi bir dəfə qələbə sevincini bayuram edib.
III dövrəni xəyali çempionat kimi təsəvvür etsək, 9 oyunda bir dəfə məğlub olan “Zirə” mübarizəni çempion kimi başa vurub.
Hər nə qədər maraqlı görünsə də, qış fasiləsinə ikinci sırada yollanan Naxçıvan təmsilçisi 10 komanda ən az xal toplayan və ən az qələbə qazanan iki kollektivdən biridir.
Dövrənin turnir cədvəli belədir.
Zirə 9 7 1 1 16-6 22
Qarabağ 9 5 2 2 18-9 17
Neftçi 9 4 2 3 9-8 14
Kəpəz 9 3 3 3 10-11 12
Şamaxı 9 3 2 4 9-9 11
Turan Tovuz 9 3 2 4 10-14 11
Səbail 9 2 3 4 5-11 9
Sabah 9 1 6 2 9-10 9
Sumqayıt 9 2 2 5 5-10 8
Araz-Naxçıvan 9 1 5 3 6-9 8
* “Qarabağ”ın cari mövsümdə itirdiyi 17 xaldan 10-nu məhz III dövrədə itirib.
* İlk II dövrədəki 18 qarşılaşmada aktivinə 30 xal yazdıran “Zirə” III dövrədəki 9 oyunda 22 xal qazanıb.
* “Neftçi” cari mövsümdə ən çox xalı məhz III dövrədə əldə etməklə 2025-ci ildə bu göstəricidə yalnız “Qarabağ”la “Zirə”dən geri qalıb.
* Avrokuboklara vəsiqə qazanmaq iddiasında olan “Araz-Naxçıvan”la “Sabah” son 9 görüşdə cəmi 1 qələbə qazanıb.
* Turnir cədvəlinin sonuncusu “Səbail” III dövrədə effektlilik baxımından “Sabah”, “Sumqayıt” və “Araz-Naxçıvan”ı üstələyib.
* Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Kəpəz” III dövrədə məhsuldarlıq göstəricisində yalnız “Qarabağ”la “Zirə”dən geri qalıb. Xal toplamaq göstəricisində isə bu iki komanda ilə yanaşı, “Neftçi” də gəncəliləri üstələyib.
Turnir cədvəlinə və rəqabətə göz gəzdirəndən sonra bir şeyə əmin olursan ki, çempionatın sonuncu dövrəsi çox gərgin və maraqlı olacaq.
HƏBİB / SPORTİNFO.AZ