
Premyer Liqada cari mövsüm 6-cı baş məşqçi istefası reallaşıb.
Sportinfo.az xəbər verir ki, son olaraq “Səbail”in çalışdırıcısı Cavid Hüseynovla yollar ayrılıb.
Hüseynov rəhbərliyin qərarı ilə istefaya göndərilən 5-ci mütəxəssis olub. Cari mövsüm yalnız Samir Abasov “Sumqayıt”dan öz istəyi ilə ayrılaraq “Neftçi”nin “sükanı arxasına” keçib.
Cavid Hüseynov 13-cü turdan sonra qəsəbə təmsilçisinə təyin olunmuşdu. Ona qədər komandaya Şahin Diniyev rəhbərlik edib. Bir turda isə Elvin Məmmədov müvəqqəti əvəzedici kimi “Səbail”ə rəhbərlik edib.
10 klubdan yarısı bu mövsüm baş məşqçi dəyişikliyinə gedib. Müvafiq olaraq “Səbail” və “Kəpəz”i 1 matçlıq müvəqqəti meydana çıxaran Elvin Məmmədov və Xaliq Mərdanov da daxil olmaqla, ümumilikdə 16 mütəxəssis baş məşqçilik edib.
Onlardan Samir Abasov iki fərqli komandaya rəhbərlik edib. “Səbail” iki istefaya qərar verən yeganə komanda olduğunu da vurğulayaq.
Klubların cari mövsümdəki baş məşqçiləri:
“Qarabağ”: Qurban Qurbanov – 27 oyun
“Zirə”: Rəşad Sadıqov – 27
“Araz-Naxçıvan”: Elmar Baxşıyev – 27
“Turan Tovuz”: Kurban Berdıyev – 27
“Şamaxı”: Ayxan Abbasov – 27
“Sabah”: Krunoslav Renduliç – 14, Vasili Beresutski – 13
“Neftçi”: Roman Qriqorçuk – 9, Samir Abasov – 18
“Sumqayıt”: Samir Abasov – 9, Vaqif Cavadov – 18
“Kəpəz”: Adil Şükürov – 4, Xaliq Mərdanov – 1, Azər Bağırov – 22
“Səbail”: Şahin Diniyev – 12, Elvin Məmmədov – 1, Cavid Hüseynov – 14