Premyer Liqa: Bu hadisə hər dəfə baş vermir

01:20 Premyerliqa 95
Premyer Liqa: Bu hadisə hər dəfə baş vermir

Premyer Liqanın XVII turu meydan sahiblərinin antirekordu ilə yadda qalıb.

Sportinfo.az xəbər verir ki, 2024-25 mövsümündə ilk dəfə bir turda ev sahibləri qələbə üzü görməyiblər.

Baş tutan 5 görüşün 3-də heç-heçə qeydə alınıb, 2-də qonaqlar qalibiyyət sevinci yaşayıblar. İndiyə qədər 6 turda komandalar bu göstəriciyə yaxınlaşıblar.

Lakin onların hər birində meydan sahiblərindən 1-i azarkeşlərinə qələbə sevinci bəxş edə bilib.

Belə ki, ev sahibləri III və VII turlarda 1 qələbə, 4 məğlubiyyət, V, X, XXV turlarda 1 qələbə, 1 heç-heçə, 3 məğlubiyyət, XXIII turda isə 1 qələbə, 2 heç-heçə, 2 məğlubiyyətlə diqqət çəkiblər. 27-ci turda isə qonaqların hamısı evə xalla dönməyi bacarıb.

Geridə qalan turda “Kəpəz” – “Qarabağ” (0:0), “Sabah” – “Zirə” və “Araz-Naxçıvan” – “Şamaxı” (hər ikisi 1:1) oyunları heç-heçə nəticələnib, “Turan Tovuz” – “Sumqayıt”, “Səbail” – “Neftçi” görüşlərində qonaqlar 2:1 hesablı qalibiyyət əldə ediblər.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 08:50 Bakıda seans keçəcək
18 Mart 05:00 Növbəti etirafı etdi