
“Qurban Qurbanovu media önündə bəlkə də ilk dəfə belə aqressiv gördük.
Görünən odur ki, səbr kasası doldu, bomba kimi partladı.
Media bir çox mövzuda haqlıdır. KİV-i qarşına alıb danlamaq Qurban Qurbanov kimi şəxsiyyətə heç yaraşdırmadım.
Etiraz edilə bilər, anlaşılandır. Ancaq “Burada mənəm, Bağdadda kor xəlifə” kimi jestləri qəbuledilməzdir.
Vaqif Cavadov isə diqqətini meydana verəndə nəticə də gəlir. Azər Bağırov isə “Kəpəz”də çətin olsa da, yoxdan var yaratmaqla məşğuldur.
Ona görə də yerli, gənc mütəxəssislərlə əcnəbi çalışdırıcılar arasında fərq qoyulmasına qarşıyam. Çünki bizimkilərə yaradılan şans çox aşağıdır”.
Bu açıqlama “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.
Tanınmış jurnalist Premyer Liqada başa çatan 27-ci turu dəyərləndirib.
Çempionatda mübarizə aparan komandaların baş məşqçilərinin mövcud potensiallarına görə müqayisəsini aparan tanınmış jurnalist yerlilərə daha çox az imkanlar yaradıldığını diqqətə çatdırıb.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN