Xorvatla başlayıb, rusiyalı ilə davam edən LƏNƏT!

8 Mart 23:40 Premyerliqa 456
Xorvatla başlayıb, rusiyalı ilə davam edən LƏNƏT!

Vasili Berezutski qısa müddətli Azərbaycan karyerasında ikinci Şamaxı səfərinə yollanıb.

Siftəsi çox uğursuz alınmışdı.

Ötən ilin son günlərinə təsadüf edən görüş "şirlər"in qələbəsi ilə yekunlaşmışdı - 1:3.

Tək nəticə yox, elə meydandakı oyun da qonaqlar adına utancverici idi.

Meydandakı oyuna baxan istənilən şəxsə desəydin ki, uduzan komandanın heyəti, büdcəsi rəqibindən ən azı 2-3 dəfə çoxdur ən azı şok keçirərdi.

Ayxan Abbasov əcnəbi həmkarına sözün həqiqi mənasında dərs keçə bilmişdi.

"Tələblər"in "Şamaxı" ilə bağlı pis xatirəsi yalnız son görüşlə bitmir.

"Şamaxı"nın bir illik fasilədən sonra elitada qazandığı ilk xal da "Sabah"la görüşə təsadüf edir.

Qısa müddətdə bir araya gələn kollektiv Masazırda 0:2 geri düşsə də əzmkarlıq göstərərək sonda aktivinə 1 xal yazdıra bilmişdi - 2:2.

Həmin matçda "Sabah"ı Krunoslav Renduliç çalışdırırdı.

Bir sözlə, xorvatiyalı ilə başlayan uğursuzluq rusiyalı ilə davam edir. İki gəlmə birləşib, bir yerinin öhdəsindən gələ bilmir.

Üçüncü cəhddə gedişata son qoymaq mümkün olacaqmı?

Bunu sabah 15:00-da start götürəcək qarşılaşmanın final fitindən sonra biləcəyik.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti