"Qarabağ" dava-dalaşlı matçdan qalib ayrıldı - - YENİLƏNİB

8 Mart 20:58 Premyerliqa 635
"Qarabağ" dava-dalaşlı matçdan qalib ayrıldı - - YENİLƏNİB

Premyer Liqada XXVI tura start verilib.

Sportinfo.az xəbər verir ki,“ilk oyun günündə bir qarşılaşma baş tutub.

“Araz-Naxçıvan” “Qarabağ”ı qəbul edib. “Liv Bona Dea Arena”da keçirilən matç Ağdam klubunun qələbəsi ilə yekunlaşıb - 3:1.

“Araz-Naxçıvan”ın heyətində Felipe Santos (35) fərqlənib. “Qarabağ”ın qollarını isə Nəriman Axundzadə (44) və Leandro Andrade (77) və Emmanuel Addai (90+6) rəqib qapısından keçirib.

Bu nəticədən sonra xallarının sayını 63-ə yüksəldən “Qarabağ” turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Üçüncü olan “Araz-Naxçıvan”ın isə 46 xalı var.

19:00. “Araz-Naxçıvan” – “Qarabağ” 1:3

Qollar: Felipe Santos, 34, Nəriman Axundzadə, 43, Leandro Andrade, 77, Emmanuel Addai, 90+6

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Şirmamed Mamedov, Fərid Hacıyev.

VAR: Əliyar Ağayev.

AVAR: Zeynal Zeynalov.

Hakim-inspektor: Anar Salmanov.

"Liv Bona Dea Arena"

"Araz-Naxçıvan”: 12. Kristian Avram 5. Qara Qarayev 34. Urfan Abbasov (k) 3. Bəxtiyar Həsənalızadə 2. Slavik Alxasov 17. İssuf Paro 23. Nuno Rodriqes 8. Karlos Jatoba 97. Felipe Santos 10. Bernardo Dias 9. Əyyub Allaş

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 6. Vadim Abdullayev 7. Ülvi İsgəndərov 26. Ömər Buludov 22. Elçin Mustafayev 20. Turan Vəlizadə 11. Bayraməli Qurbanov 71. Sənan Ağalarov 21. Sezar Meza Kolli

Baş məşqçi: Elmar Baxşıyev

“Qarabağ”: 99. Mateus Koxalski 55. Bədavi Hüseynov (k) 13. Bəhlul Mustafazadə 27. Toral Bayramov 90. Nəriman Axundzadə 10. Abdullah Zubir 7. Yassin Benzia 8. Marko Yankoviç 9. Kadi Borqes 2. Mateus Silva 15. Leandro Andrade

Ehtiyat oyunçular: 1. Şahrudin Məhəmmədəliyev 97. Fabian Buntiç 24. Aleksey İsayev 44. Elvin Cəfərquliyev 22. Musa Qurbanlı 29. Marko Veşoviç 81. Kevin Medina 66. Patrik Andrade 19. Redon Cica 21. Aleksey Kaşuk 11. Emmanuel Addai

Baş məşqçi: Qurban Qurbanov

Digər Xəbərlər
Xəbər Lenti