
Premyer Liqada bu gün XXV turun daha iki oyunu keçiriləcək.
Sportinfo.az xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" "Zirə"ni qəbul edəcək.
Qarşılaşma saat 17:30-da start götürəcək. Meydan sahibləri 42 xalla 4-cü, qonaqlar 45 xalla ikinci pillədə qərarlaşıb.
İkinci görüşdə isə "Sabah" və "Araz-Naxçıvan" komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Oyun saat 19:30-da başlayacaq. Bakı klubu 33 xalla 5-ci, Naxçıvan təmsilçisi 45 xalla üçüncüdür.
Ötən gün "Şamaxı" səfərdə "Səbail"i, "Qarabağ" isə "Sumqayıt"ı 2:0 hesabı ilə üstələyib. Tura martın 5-də keçiriləcək "Kəpəz" - "Neftçi" matçı ilə yekun vurulacaq.
17:30. “Turan Tovuz” – “Zirə” 0:2
Qollar: Qismət Alıyev, 4 (p), İssa Cibrila, 56
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Tovuz şəhər stadionu
"Turan Tovuz": 1. İvan Konovalov 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 88. Faiq Hacıyev 7. İsmayıl Zülfüqarlı 9. Kristian da Silva 23. Alexandro Serrano 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 6. Araş Qaderi 21. Aleks Souza
Ehtiyat oyunçular: 41. Sergey Samok 71. Mehman Hacıyev 19. Orxan Əliyev 33. Eltun Turabov 8. Tural Bayramlı 11. Ayxan Hüseynov 13. Fərid Yusifli 44. Rüfət Əhmədov 77. Veysəl Rzayev 90. Joarlem Santos 40. Kauan Martins 29. Anton Kraçkovski
Baş məşqçi: Kurban Berdıyev
"Zirə": 13. Aydın Bayramov 7. Məqsəd İsayev 32. Qismət Alıyev (k) 21. Hacıağa Hacılı 5. Stefan Aka 4. Ruan Renato 90. Davit Volkov 10. Giorgi Papunaşvili 70. İssa Cibrila 17. Ayron Qomis 19. Salifu Suma
Ehtiyat oyunçular: 97. Tiaqo Silva 41. Anar Nəzirov 8. İsmayıl İbrahimli 16. Fuad Bayramov 14. Elçin Əlicanov 11. Rüstəm Əhmədzadə 3. Ange Mutsinzi 15. Pyer Zebli 18. Junior Martins 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov
19:30. “Sabah” – “Araz-Naxçıvan” 2:1
Qollar: Xəyal Əliyev, 7, Sofian Çakla, 64 - Bernardo Dias, 11
"Sabah”: 92. Stas Pokatilov 9. Anatoli Nuriyev 2. Amin Seydiyev (k) 5. Rəhman Daşdəmirov 88. Xəyal Əliyev 20. Coy Lens Mikels 4. Sofian Çakla 70. Cesse Sekidika 3. Con İrasabal 13. İvan Lepiniça 33. Umarali Raxmonaliyev
Ehtiyat oyunçular: 1. Yusif İmanov 55. Nicat Mehbalıyev 17. Tellur Mütəllimov 77. Şakir Seyidov 15. Seymur Məmmədov 32. Elgün Dünyamalıyev 7. Boyan Letiç 40. İqor Noqeyra 11. Kahim Parris 12. Vinsent Till 99. Neqoş Kupusoviç
Baş məşqçi: Vasili Berezutski
“Araz-Naxçıvan”: 12. Kristian Avram 5. Qara Qarayev 34. Urfan Abbasov (k) 2. Slavik Alxasov 7. Ülvi İsgəndərov 29. Vanderson Melo 17. İssuf Paro 23. Nuno Rodriqes 4. İqor Ribeyro 97. Felipe Santos 10. Bernardo Dias
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 3. Bəxtiyar Həsənalızadə 6. Vadim Abdullayev 22. Elçin Mustafayev 20. Turan Vəlizadə 11. Bayraməli Qurbanov 71. Sənan Ağalarov 21. Sezar Meza Kolli 8. Karlos Jatoba 9. Əyyub Allaş
Baş məşqçi: Elmar Baxşıyev
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamranbəy Rəhimov.
VAR: Tural Qurbanov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
“Bank Respublika Arena”