
"Bu qərarın lehinə də, əleyninə də xeyli əsaslar gətirmək olar”.
Sportinfo.az xəbər verir ki, bu sözlər Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədova məxsusdur.
AFFA-nın İcraiyyə Komitəsinin gələn mövsümdən Premyer Liqada legioner limitinin ləğviylə bağlı çıxardığı qərardan danışan PFL-in başçısı bunun mənfi və müsbət tərəflərinin olduğunu deyib:
“Bu qərara fərqli münasibət sərgiləndi futbol adamları tərəfindən. Limitin ləğvi ilə bağlı Mənim şəxsi fikrim budur ki, legioner limitini ilə bağlı verilən qərar ölkədə klub futbolunu yaxşılaşdıracaq, millinin nəticələrinə isə mənfi təsir göstərəcək.
Bir faktı da qeyd etmək lazımdır ki, son illərdə legionerlərə limit ola-ola milli komandamız heç bir uğura nail ola bilməyib.
Hətta demək olar ki, millimiz krizisdədir. Bu variantı da sınamaq lazımdır.
Ola bilər ki, limitin ləğvi yerli futbolçuların performansını yaxşılaşdırmasına gətirib çıxarar və zamanla bunun bəhrəsini görərik".