
Premyer Liqanın XXV turunda iki oyunun başlama vaxtı dəyişdirilib.
Sportinfo.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
Yayım və təşkilati məsələlər ilə əlaqədar “Turan Tovuz” - “Zirə” və “Sabah” - “Araz Naxçıvan” görüşləri əvvəlcədən açıqlanmış saatdan 30 dəqiqə tez, müvafiq olaraq 17:30 və 19:30-da start götürəcək.
Hər iki qarşılaşma martın 4-də keçiriləcək.