
“Həqiqətən, “Zirə”də taktiki nizam-intizamın çox yaxşı olmasını növbəti dəfə gördük.
Nəticə necə olursa-olsun, oyundan qopmurlar.
Rəşad Sadıqov zaman ötdükcə, davamlı öyrənən, üzərində işləyən mütəxəssisdir.
“Qarabağ” isə əvvəlki komanda deyil. Öncəki kimi sürətli düşünüb, oynaya bilmirlər”.
Bu açıqlama “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.
Tanınmış jurnalist Premyer Liqada başa çatan 24-cü turu təhlil edib, qarşılaşmalar barədə maraqlı fikirlərlə diqqət çəkib.
“Turan Tovuz”un “Şamaxı” ilə qarşılaşmanın təxirə salınması istəyinə şərh verən E.Cəfərov VAR-ın yoxluğunun qonaq komanda üçün bəhanə olduğunu bildirib.
“Sumqayıt”da cərəyan edən proseslərə də toxunan ekspert “Neftçi”dəki dəyişiklərdən də danışıb.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN