"Zirə" - "Kəpəz" matçının vaxtı yenidən dəyişdirildi

14:40 Premyerliqa 647
"Zirə" - "Kəpəz" matçının vaxtı yenidən dəyişdirildi

Hava şəraitinə görə bu günə təxirə salınmış Premyer Liqanın XXIV turunun “Zirə” - “Kəpəz” matçının başlama saatı yenidən dəyişdirilib.

Sportinfo.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.

Zirə İdman Kompleksinin stadionunun ot örtüyünün qardan tam təmizlənməsi məqsədilə qarşılaşmanın saat 18:00-da start götürməsi qərara alınıb.

Görüş saat 16:00-da başlamalı idi. Ötən gün gerçəkləşməli olan matç hava şəraitinə görə təxirə salınmışdı.

Digər Xəbərlər
Xəbər Lenti