“Zirə” iki cavabsız qolla “Kəpəz”i məğlub etdi

20:50 Premyerliqa 834
“Zirə” iki cavabsız qolla “Kəpəz”i məğlub etdi

“Zirə” Premyer Liqanın XXIV turundan təxirə salınmış oyunda “Kəpəz”ə qalib gəlib.

Sportinfo.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan görüşdə meydan sahibləri 2:0 hesablı qələbəyə sevinib.

Hesabı 62-ci dəqiqədə Rafael Utziq açıb. 90+2-ci dəqiqədə Rüstəm Əhmədzadə yekun hesabı müəyyənləşdirib.

“Zirə” hazırda turnir cədvəlində 45 xalla ikincidir. Doqquzuncu pillədə qərarlaşan “Kəpəz”in isə 19 xalı var.

Turun əvvəlki görüşlərində “Araz-Naxçıvan” “Səbail”lə (0:0), “Qarabağ” “Sabah”la (1:1) heç-heçə edib.”Turan Tovuz” səfərdə “Şamaxı”nı, “Neftçi” isə “Sumqayıt”ı 1:0 hesabı ilə üstələyib.

16:00. “Zirə”– “Kəpəz” 2:0

Qollar: Rafael Utsiq, 62, Rüstəm Əhmədzadə, 90+3

Hakimlər: Rauf Cabarov, Rahil Ramazanov, Teymur Teymurov, Elçin Məsiyev.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Zirə İdman Kompleksinin stadionu

“Zirə”: 13. Aydın Bayramov 32. Qismət Alıyev (k) 8. İsmayıl İbrahimli 14. Elçin Əlicanov 4. Ruan Renato 90. Davit Volkov 10. Giorgi Papunaşvili 70. İssa Cibrila 23. Rafael Utziq 17. Ayron Qomis 19. Salifu Suma

Ehtiyat oyunçular: 97. Tiaqo Silva 41. Anar Nəzirov 7. Məqsəd İsayev 21. Hacıağa Hacılı 16. Fuad Bayramov 11. Rüstəm Əhmədzadə 5. Stefan Aka 3. Ange Mutsinzi 15. Pyer Zebli 18. Junior Martins 6. Eldar Quliyev

Baş məşqçi: Rəşad Sadıqov

“Kəpəz”: 1. Rojerio Santos 7. Ehtiram Şahverdiyev 12. Turan Manafov 5. Rauf Hüseynli 19. Sadiq Şəfiyev 26. Valdemar Almeyda 29. Dioqo Verdaska 78. Yeqor Xvalko (k) 28. Rati Ardazişvili 3. Mahamadu Ba 88. Şevroni Mabatşoev

Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 18. Elgün Bayramov 2. İlkin Qırtımov 99. Əli Səmədov 70. Nicat Süleymanov 8. Elmir Tağıyev 6. Nemət Musayev 21. Camal Cəfərov 17. Ümid Səmədov 9. Luis Paçu 11. Trent Buhagiar 10. Karim Lkoça

Baş məşqçi: Azər Bağırov

Digər Xəbərlər
Xəbər Lenti