.jpg)
"Səbail"in yarımmüdafiəçisi Rüfət Abdullazadə Sportinfo.az-a açıqlama verib.
O, Premyer Liqanın 24-cü turunda qarşılaşacaqları "Araz-Naxçıvan"la matçdan gözləntilərini dilə gətirib:
"Qələbə qazanmaq istəyirik. Oyuna yaxşı hazırlaşırıq. Zədəli oyunçularımız var. Ümid edirəm ki, onlar da zədələri sağaldıb bizə kömək edəcəklər".
Muxtar respublika təmsilçisi son 3 turda qələbə qazana bilmir. Elmar Baxşıyevin yetirmələri bu matçlarda qol vurmağı belə bacarmayıb.
"Bu məqam psixoloji baxımdan "dənizçilər"in dadına çata bilərmi" sualına Abdullazadənin cavabı belə olub:
"Bizim çempionatda belə şeylər hər komandada olur. Rəqibin yaxşı oyunçuları var. Məşqçimizin analizləri və məşqlərdə verdiyi tapşırıqları yerinə yetirib, qələbə üçün mübarizə aparacağıq".
XANOĞLAN