
2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında 11-ci yeri və I Liqada 2-ci yeri tutan komandalar arasında neytral meydanda bir oyundan ibarət pley-off görüşü keçiriləcək.
Sportinfo.az xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunub.
Qalib komanda Premyer Liqada iştirak hüququ əldə edəcək.
Elitada sonuncu yerin sahibi I Liqaya düşəcək, aşağı dəstənin çempionu isə birbaşa yüksək liqaya vəsiqə əldə edəcək.
2025/2026 mövsümündə I Liqada sonuncu yeri tutan komanda II Liqaya düşəcək, II Liqada birinci yeri tutan komanda birbaşa I Liqaya yüksələcək.
I Liqada 9-cu yeri tutan komanda II Liqada 2-ci yeri tutan kollektivlə neytral meydanda bir oyundan ibarət pley-off oyunu keçirəcək.