Bu komandalar birbaşa Premyer Liqaya buraxılacaq, püşk atılacaq

20 Fevral 00:30 Premyerliqa 2 251
Bu komandalar birbaşa Premyer Liqaya buraxılacaq, püşk atılacaq

Premyer Liqanın 2025/2026 mövsümünün formatı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA İcraiyyə Komitəsinin iclasında qərar çıxarılıb.

Qərara əsasən, növbəti mövsüm 12 komandanın iştirakı ilə 3 dövrədən (33 turdan) ibarət olacaq.

III dövrənin oyunlarında meydan sahibi olacaq komandalar püşk əsasında müəyyənləşdiriləcək.

Cari mövsüm Əsasnaməyə uyğun olaraq, sonuncu yeri tutan komanda Premyer Liqanı tərk edəcək, əvəzində I Liqadan 3 komanda birbaşa yüksək dəstəyə vəsiqə qazanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 11:00 “Biz buna məcbur idik”