
“Ümumiyyətlə, 23-cü turda Azərbaycan derbisini çıxmaqla, digər matçlar çox sönük keçdi.
“Turan Tovuz” önəmli 3 xal qazandı, amma ziqzaqlı oyunlar komandanın stabil nəticələr qazanmasına men olur.
Hücum fazasında topun onlarda qalmaq faizi yetərincə deyil. “Kəpəz”də isə heyətin aşağı keyfiyyəti komandanın daha yaxşı futbol oynamasına mane olur”.
Bu açıqlamalar “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.
Tanınmış jurnalist Premyer Liqada başa çatan 23-cü turu dəyərləndirib, keçirilən qarşılaşmalarla bağlı maraqlı şərhlərlə diqqət çəkib.
“Sumqayıt”da oyunçu səviyyəsinin bşa məşqçi Vaqif Cavadova problemlər yaratdığını diqqətə çatdıran E.Cəfərov hesabat turundakı digər matçlar barədə də danışıb.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN