Dünyanın ən güclü 100 çempionatı - Azərbaycan Premyer Liqası necəncidir?

16 Fevral 03:00 Premyerliqa 1 190
Dünyanın ən güclü 100 çempionatı - Azərbaycan Premyer Liqası necəncidir?

Futbol liqalarının qlobal reytinqi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, siyahıda dünyanın ən güclü 100 çempionatı yer alıb.

Azərbaycan Premyer Liqası (APL) cədvəldə 51-ci yerdə qərarlaşıb. Çempionatımızın əmsalı 20.564-ə bərabərdir. APL 2024-cü ilin iyulundakı reytinqlə müqayisədə 8 pillə geriləyib.

Siyahıya isə İngiltərə Premyer Liqası (İPL) başçılıq edir - 1342.659 xal.

İspaniya La Liqası 907.614 xal, İtaliya A seriyası 900.564 xal, Almaniya Bundesliqası 776.588 xal, Fransa Liqa1-i 596.086 xalla beşlikdədir. Türkiyə Superliqası isə 178.403 xalla ilk onluğu tamamlayıb.

Cədvəldə təkcə yüksək deyil, aşağı liqalar da nəzərə alınıb. İngiltərə Çempionşipi 174.889 xalla ümumi siyahıda 11-cidir.

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”