
Bu gün Premyer Liqada 23-cü tura start verilib.
Sportinfo.az xəbər verir ki, ilk gündə bir matç keçirilib.
Turun açılış oyununda “Sumqayıt” öz meydanında “Zirə”ni qəbul edib. Matç qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, “Zirə” 42 xalla üçüncü, “Sumqayıt” isə 22 xalla yeddinci pillədə qərarlaşıb.
Kubok da nəzərə alınsa, bu görüşdən sonra “Gənclik şəhəri”nin təmsilçisi artıq 8 matçdır qol vura bilmir.
Vaqif Cavadovun komandası sonuncu dəfə ötən il dekabrın 8-də “Neftçi” ilə matçda fərqlənib və qələbə qazanıb.
XXIII turun qalan görüşləri fevralın 16-da və 17-də baş tutacaq.
19:00. “Sumqayıt” – “Zirə” 0:3
Qollar: Rafael Utziq, 14, Salifu Souma, 36, 65
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Əli Əliyev.
VAR: Tural Qurbanov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
"Sumqayıt": 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 2. Sertan Taşkın, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 95. Miloş Miloviç, 11. Momo Yansane, 60. Tresor Mossi, 77. Casurbek Caloliddinov.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 36. Xəyal Fərzullayev, 30. Kamran Quliyev, 41. Uğur Cahangirov, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 29. Qabil Əlizadə, 66. Ruslan Əliyev, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 12. Georgi Xaraişvili, 23. Ronaldo Vaskes.
Baş məşqçi: Vaqif Cavadov.
"Zirə": 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 5. Stefan Akka, 90. Davit Volkov, 10. Georgi Papunaşvili, 23. Rafael Utziq, 3. Ange Mutsinzi, 17. Ayron Qomis, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tyaqo Silva, 41. Anar Nəzirov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 70. İssa Cibrilla, 15. Pyer Zebli, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.