"Qarabağ"dan “5” alanlar - "Kəpəz", "Sumqayıt" və "Səbail"

15 Fevral 19:20 Premyerliqa 678
"Qarabağ"dan “5” alanlar - "Kəpəz", "Sumqayıt" və "Səbail"

Premyer Liqada 2024/25 mövsümünün ən böyük hesablı nəticəsi təkrarlanıb.

Sportinfo.az xəbər verir ki, XXII turda “Səbail”i qəbul edən “Qarabağ” 5:0 hesabı ilə qalib gəlib.

Mövsümdə 3-cü dəfə bir komanda 5 top fərqi ilə qələbə qazanıb. Əvvəlki iki matçda olduğu kimi yenə “Qarabağ” fərqlənib.

Ağdam klubu 2024-cü il oktyabrın 18-də səfərdə “Kəpəz”i, dekabrın 16-da evdə “Sumqayıt”ı eyni – 5:0 hesabı ilə məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti