"Bu, "Turan"ın hazırkı pillədə qalacağını şübhə altına salır"

16 Fevral 09:50 Premyerliqa 519
"Bu, "Turan"ın  hazırkı pillədə qalacağını şübhə altına salır"

Premyer Liqanın 22-ci turunda gərgin matçlardan biri Masazırda keçirildi.

"Sabah" əsas rəqiblərindən biri "Turan Tovuz"a qalib gələrək 4-cü pillə iddiasını davam etdirdi.

Hazırda "tələblər"i 4-cü sırada olan bölgə klubundan 5 xal ayırır.

Görünən odur ki, mövsümün sonuna kimi bu pillə uğurunda mübarizə məhz adıçəkilən iki kollektiv arasında gedəcək.

Maraqlıdır, bəs hansı daha şanslı görünür?

Sualımıza cavab tapmaq üçün futbol mütəxəssisi Aslan Kərimovla danışdıq.

O, ortaya peşəkar yanaşma qoyaraq bir çox xırda detallara toxunub:

"Bu mübarizə son turlara qədər davam edəcək. 4-cü pillə hələ tam olaraq avrokuboklara vəsiqəni təmin etmir. Arada ciddi xal fərqi olmadığı üçün "Zirə"ni də bu mübarizədə saymaq olar.

Hə, qeyd etdiyiniz iki komanda haqqında danışası olsaq, hansının potensialının çox olduğunu demək də çətindir. Çünki hər birinin axsayan çox say da nöqtələri var.

Məsələn, "Turan Tovuz"un "Qarabağ"ı məğlub etməsi faktı olduğu kimi, "Kəpəz"ə böyük hesabla uduzması da bir həqiqətdir. Sanki komanda güclü, dominant çıxış edən rəqiblərlə oyunda daha yaxşı oyun sərgiləyir. Amma "Turan" özü dominant oynamağa məcbur olduğu matçlarda çoxlu sayda boşluqlar verir. Qeyri-sabit çıxış etmələri "Turan"nın hazırkı pillədə qalacağını şübhə altına salır.

"Sabah"ın potensialı yüksəkdir. 3-4 futbolçusunu xüsusi qeyd etmək olar. Oyunların taleyini təkbaşına həll edə bilərlər. Cinahlardan fərqli olaraq pleymeker mövqeyi axsayır. Hücumçular gözləniləni vermir. Müdafiə xətti zaman-zaman ciddi boşluqlara yol açır. Qapıçı mövqeyindəki nöqsanların əcnəbi qolkiperlə həll edildiyini də tam demək olmaz. Bu səbəbdən hansı oyunda necə çıxış edəcəklərini təxmin etmək mənim üçün çətindir. Oyundan-oyuna nə qədər səhvsiz çıxış edəcəkləri önəmli olacaq.

Müqayisə edəsi olsaq, hansının qarşıdakı dönəmdə uğurlu olacağını birmənalı olaraq demək mümkün deyil. Düzdü, arada 5 xal fərq var. Ciddi fərq deyil. Şansları eyni sayıram. Yalnız 5 xal öndə olmasına görə "TuranTovuz"u 4-cü pilləyə yaxın hesab etmək olar. Amma detallara varanda gördünüz ki, fərqli mənzərə ortaya çıxır".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 Fevral 18:10 Çək və bizə göndər!
20 Fevral 11:20 Sən seçim et, yerini tap!
20 Fevral 11:00 “Biz buna məcbur idik”