"Qarabağ"dan 2 oyunçu getdi, yalnız “Zirə” heç kimi almadı - TRANSFER BAZARI

01:00 Premyerliqa 295
"Qarabağ"dan 2 oyunçu getdi, yalnız “Zirə” heç kimi almadı - TRANSFER  BAZARI

Fevralın 10-da Azərbaycan futbolunda qış transfer pəncərəsi bağlanıb.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçilərinin əksəriyyəti transfer dövründə heyətinə yeni oyunçular cəlb ediblər.

Yalnız "Zirə" yeni transfer reallaşdırmayıb. Ən çox futbolçu alan isə "Şamaxı" olub. Bölgə təmsilçisi heyətinə 7 yeni oyunçu cəlb edib.

Ən çox futbolçu (hərəyə 5 nəfər) ilə yolları ayıran klublar sırasında "Sumqayıt" , "Şamaxı" və "Kəpəz"dir.

Son çempion və hazırkı lider "Qarabağ"dan 2 oyunçu gedib.

Bundan sonra klublar heyətinə yalnız azad agent statusu olan futbolçuları cəlb edə bilərlər.

"Qarabağ"

Gələnlər: Kadi Borqes

Gedənlər: Olavio Juninyo, Julio Romao

Müqavilə müddətini artıranlar:

"Araz-Naxçıvan"

Gələnlər: Əyyub Alaş

Gedənlər: Yoxdur

Müqavilə müddətini artıranlar: Yoxdur

"Turan-Tovuz"

Gələnlər: Anton Kraçkovski, Rəhim Sadıxov, Orxan Əliyev, Kauan Martins De Paula, Joarlem Batista Santos, Hayderson Hurtado Palomino

Gedənlər: Oto Con, Sadiq Şəfiyev

Müqavilə müddətini artıranlar:

"Zirə"

Gələnlər: Yoxdur

Gedənlər: Abbas İbrahim

Müqavilə müddətini artıranlar: Salifu Suma, İssa Cibrilla

"Sabah"

Gələnlər: Stas Pokatilov, Umarali Raxmonaliyev

Gedənlər: Oluvaseun Timilehi, Elvin Camalov

Müqavilə müddətini artıranlar: Yoxdur

"Sumqayıt"

Gələnlər: Momo Yansane, Ronaldo Vaskes Junior

Gedənlər: Fernando Medeyros, Rəhim Sadıxov, Kristian Velinovski, Nikola Vuynoviç, Jordan Rezabala

Müqavilə müddətini artıranlar: Vaqif Cavadov (baş məşqçi)

"Şamaxı"

Gələnlər: Cəlal Hüseynov, Murad Vəliyev, Vüsal Məsimov, Andrey-Kostin Tirkovaneu, Michael Thuique Dias Santos, Alfons Msanga Mabula, Vladislav Veremeyev

Gedənlər: Ramin Əhmədov, Qurban Səfərov, Zahid Mərdanov, Conatan Benteke, Emin Zamanov

Müqavilə müddətini artıranlar: Edqar Adilxanov, Arsen Ağcabəyov

"Neftçi"

Gələnlər: Ryonosuke Ohori, Elvin Camalov, Boqdan-Kornel Merişanu (məşqçi), Bassala Sambu, Aleks Fernandes

Gedənlər: Mark Tamaş, Kilan Lebon

Müqavilə müddətini artıranlar: Yoxdur

"Kəpəz"

Gələnlər: Rati Ardazişvili, Şervoni Mabatşoev, Trent Buhagiar, Sadiq Şəfiyev

Gedənlər: Orxan Əliyev, Mahir Həsənov, Lassana Ndiaye, Redon Mihana, Viktor Braqa

Müqavilə müddətini artıranlar: Yoxdur

"Səbail"

Gələnlər: Marko Nikoliç, Mirabdulla Abbasov, İnnosent Nşuti

Gedənlər: Vüsal Məsimov, Gülağa Əsədov

Müqavilə müddətini artıranlar: Yoxdur

(Zəruri qeyd: Siyahı klubların özlərinin açıqladığı rəsmi məlumatlar əsasında hazırlanıb)

Digər Xəbərlər
Xəbər Lenti