![Qurban Qurbanov da narahatdır: Premyer Liqadan bir komanda getsin, üçü gəlsin - VİDEO](https://www.sportinfo.az/media/2025/02/12/959392862511298052.jpg)
Bu fikir ATV kanalında yayımlanan “Futbolumuz” verlişində səsləndirilib.
Aparıcı Ceyhun Rzayev və ekspert Emin Abbasov AFFA İcraiyyə Komitəsinin elitada klub sayının 10-dan 12-yə çatdırılması ilə bağlı məlum qərarını şərh edib.
Onların dediyinə görə, I Liqada mövsümü medalçılar sırasında bitirəcək klublar birbaşa Premyer Liqaya buraxılmalıdır.
Abbasov qeyd edib ki, iki çempionat arasına ciddi səviyyə fərqi mövcuddur və pley-off oyunlarının keçirilməsinə qərar verilsə, möcüzə qeydə alınmayacaq.
Hətta “Qəbələ”, “Karvan” və “İmişli”nin ən yaxşı futbolçularından ibarət yığma komanda formalaşdırsa belə, “Kəpəz”, yaxud “Səbail”lə duellərdə istəyinə çata bilməz.
Ekspert həmçinin Qurban Qurbanovun narahatlığını bölüşüb.
Deyib ki, İcraiyyə Komitəsinin üzvü olan “Qarabağ”ın baş məşqçisi aşağı liqadan 3 komandanın gəlişi ilə Premyer Liqanın səviyyəsinin aşağı düşməsindən ehtiyatlanır.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN