Kadi “Qarabağ”a göz vurdu - Emin Mahmudov “Neftçi”dən çıxıb getsə... VİDEO

14:00 Premyerliqa 316
Kadi “Qarabağ”a göz vurdu - Emin Mahmudov “Neftçi”dən çıxıb getsə... VİDEO

“Neftçi”də səhvlər minimuma endirilib, oyun intizamı hiss olunur.

Hələ tam qiymət vermək üçün daha bir neçə qarşılaşma izləməliyik.

Amma nələrinsə mental olaraq müsbətə doğru dəyişdiyini deyə bilərik. Komanda üçün Emin Mahmudov çox vacib profildir.

Əlinizdə belə oyunçu varsa, ondan maksimum yararlanmaq lazımdır, daha küsdürmək yox. Sərbəst oyunu faydalı iş əmsalını daha da yüksəldib.

Burada diqqət ediləsi məqam Elvin Camalovun toplu və topsuz oyunlarda geridən etdiyi dəstəklərdir. Bu da Mahmudovun oyununa müsbət mənada təsir göstəməkdədir.

“Qarabağ” isə Kadi ilə sanki yenidən Premyer Liqada “Harada qalmışdıq?” sualını ünvanladı. B

undan sonra “Qarabağ”I dayandırmaq çox çətin olacaq. Bütün diqqətlər Premyer Liqadadır”.

Bu açıqlama ilə “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərov çıxış edib.

Tanınmış jurnalist Premyer Liqada başa çatan 22-ci tur barədə danışıb. Hesabat turu haqda şərhlər verən E.Cəfərov xüsusilə “Neftçi”dəki yüksəlişdən bəhs edib.

O, "Sumqayıt”ın 7 oyundu rəqib qapılarına yol tapa bilməməsinə toxunub.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti