“Qarabağ” "Səbail"i darmadağın etdi - YENİLƏNİB

20:53 Premyerliqa 394
“Qarabağ” "Səbail"i darmadağın etdi - YENİLƏNİB

"Qarabağ" Premyer Liqada növbəti oyununu bu gün keçirəcək.

Sportinfo.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv XXII turda "Səbail"lə üz-üzə gələcək.

Qarşılaşma saat 19:00-da start götürəcək.

Ağdam təmsilçisi 50 xalla liderdir. Bakı klubu 16 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.

Turun əvvəlki matçlarında "Şamaxı" evdə "Sumqayıt"ı (1:0), "Sabah" isə "Turan Tovuz"u (2:1) məğlub edib.

"Neftçi" səfərdə "Zirə"dən üstün olubsa (2:1), "Araz-Naxçıvan" - "Kəpəz" görüşündə hesab açılmayıb.

19:00. “Qarabağ” – “Səbail” 5:0

Qol: Yassin Benzia, 76 (p), Leandro Andrade, 80, 85, Kadi Borges, 87, Nəriman Axundzadə, 90+2

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Vüqar Həsənli.
VAR: İnqilab Məmmədov.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Tofiq Bəhramov adına Respublika stadionu

“Qarabağ”: 1. Şahrudin Məhəmmədəliyev 24. Aleksey İsayev 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 22. Musa Qurbanlı 10. Abdullah Zubir (k) 81. Kevin Medina 7. Yassin Benzia 8. Marko Yankoviç 2. Mateus Silva 21. Aleksey Kaşuk

Ehtiyat oyunçular: 99. Mateus Koxalski 97. Fabian Buntiç 55. Bədavi Hüseynov 90. Nəriman Axundzadə 29. Marko Veşoviç 9. Kadi Borqes 19. Redon Cica 15. Leandro Andrade 11. Emmanuel Addai

Baş məşqçi: Qurban Qurbanov

“Səbail”: 12. Əlirza Müştəbazadə 96. İlkin Muradov 74. Yusif Nəbiyev (k) 20. Mert Çelik 11. Rüfət Abdullazadə 16. Emin Rüstəmov 3. Dmitro Litvin 99. İnnosent Nşuti 7. Madi Queta 5. Gitay Sofir 14. Suleyman Alluş

Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 25. Nicat Məmmədzadə 22. Mirabdulla Abbasov 83. Nihad Quliyev 19. Samir Abdullayev 97. Oruc Məmmədov 88. Hacıəli Şirəliyev 10. David Qomis 8. Qorka Laruçça

Baş məşqçi: Cavid Hüseynov

Digər Xəbərlər
Xəbər Lenti