COP29

Bu yay Premyer Liqanı tərk edən klub olacaqmı?

17:40 Premyerliqa 513
Bu yay Premyer Liqanı tərk edən klub olacaqmı?

«İcraiyyə Komitəsinin rezonans doğuran qərarları legioner limiti və Premyer Liqada klub sayı ilə bağlıdır».

Bu sözlər «Sportinfo TV»nin redaktoru İlkin Fikrətoğluna aiddir.

Tanınmış telejurnalist AFFA-nın ali qərarverici orqanının son toplantısında verdiyi qərarları incələyib.

Bildirib ki, komitə üzvləri AFFA-nın 2025-ci il üçün büdcəsini və 2025-2028-ci illəri əhatə edən inkişaf strategiyasını qəbul edib:

«AFFA aramsız tənqid və iradları nəzərə alıb, nəhayət, Premyer Liqada klub sayının 10-dan 12-yə qaldırılmasına qərar verdi. Təqdirəlayiqdir.

Amma bu artım hansı formada reallşacaq? «Cari mövsümdə Premyer Liqan tərk edən klub olacaqmı» suallarına hələ ki, cavab yoxdur.

Birinci Liqadan gələcək klublar turnir cədvəlindəki yerinə əsasən, yoxsa lisenziyalaşdırma tələblərinə görə müəyyənləşəcək? Bu da aydın deyil.

Bu suallar, qarşıdakı çempionatın əsasnamə və formatı İcraiyyə Komitəsinin növbəti toplantısında müzakirə ediləcək.

Real görünən variantlardan biri yeni mövsümdən çempionatın 3 dövrə, 33 turluq format üzrə keçirilməsidir. Amma son qərar, təbii ki, «icrakom»da veriləcək».

Digər Xəbərlər
Xəbər Lenti