COP29

Azərbaycanda Premyer klubları üçün son tarix – 10 fevral!

19:40 Premyerliqa 418
Azərbaycanda Premyer klubları üçün son tarix – 10 fevral!

Qış fasiləsində heyətini tam gücləndirə bilməyən Premyer Liqa klubları boşluqları doldurmağa çalışır.

Çempionatn ikinci yarısı başlayandan 3 tur geridə qalsa da, bir neçə transferin gerçəkləşməsinə şahidlik etmişik. Yaxın günlərdə yeni adların olacağı istisna deyil.

Məlum mənzərəni görən futbolsevərlər ağıllarda dolaşan suallara cavab tapmağa çalışır – “transfer pəncərəsi” nə vaxt bağlanacaq?

Yarışın keçirilməsinə cavabdehlik daşıyan Peşəkar Futbol Liqası son tarix kimi fevralın 10-nu seçib.

Məhz həmin tarix də daxil olmaqla klublar heyətini yeni futbolçularla gücləndirə bilər. Təbii ki, bu barədə Premyer Liqa iştirakçıları məlumatlıdır.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti