COP29

12 komandalı Premyer Liqanın reqlamenti bu cür olacaq - BİZDƏN BİLİN!

14:40 Premyerliqa 1 323
12 komandalı Premyer Liqanın reqlamenti bu cür olacaq - BİZDƏN BİLİN!

Premyer Liqanın reqlamenti dəyişəcək.

Növbəti mövsümdən etibarən çempionat dörd dövrə üzrə keçirilməyəcək.

AFFA-dan əldə etdiyimiz məlumata görə, liqa 3 dövrədən, 33 oyundan ibarət alacaq.

Klublar ilk iki dövrədə ev və səfər prinsipi üzrə üz-üzə gələcək. Mövsümün final - üçüncü etapında isə hansı komandanın evdə, yoxsa səfərdə keçirəcəyi püşkatma yolu ilə müəyyənləşəcək.

2025/2026 mövsümündən komanda sayının 10-dan 12-yə artırılması dəqiqləşib.

Yeni formatla bağlı yekun qərar İcraiyyə Komitəsinin (İK) növbəti toplantısında veriləcək. Düzdür, İK üzvlərindən bir neçə nəfər bu ideyaya qarşıdır.

Onlar çempionatın dörd dövrədən ibarət olmasını və ya «altılıq» sisteminin bərpasını təklif edirlər.

Amma komitədə çoxluq bu qənaətdədir ki, 44 oyun liqanın bir mövsümü üçün kifayət qədər ağır qrafikdir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti