COP29

AFFA qərar verdi - Premyer Liqaya bu klublar buraxılacaq

09:40 Premyerliqa 1 163
AFFA qərar verdi - Premyer Liqaya bu klublar buraxılacaq

AFFA İcraiyyə Komitəsi (İK) saytımızın günlər öncə yaydığı xəbəri dünən gecə saatlarında rəsmən təsdiqlədi.

Oxucularımıza daha əvvəldən verdiyimiz informasiya gerçək oldu, Premyer Liqada klub sayı artırıldı.

Qurumun qərarına əsasən, 2025/2026-cı illər mövsümündən etibarən elitada klub sayı 10-dan 12-yə qaldırılıb.

Çempionatın əsasnaməsi və formatı İcraiyyə Komitəsinin növbəti toplantısında müzakirə ediləcək.

Redaksiyamıza daxil olan yeni məlumata görə. AFFA reqlamentə əl vurmaq niyyətində deyil. Ötən iki mövsümdə olduğu kimi, Premyer Liqada sonuncu yeri tutan komandaya güzəşt edilməyəcək, həmin iştirakçı I Liqaya göndəriləcək.

Aşağı dəstədə çempion olan klub isə birbaşa elitaya yüksələcək. Federasiya digər 2 seçim prosesində I Liqada ikinci-üçüncü yeri tutanlara üstünlük verəcək.

Bu zaman onların lisenziyalaşdırma tələblərinə uyğun gəlib-gəlmədiyi yoxlanılacaq. Həmçinin maliyyə dayaqlarının yetərli olub-olmadığı araşdırılacaq.

Stadion və infrastrukturla əlaqəli məsələlər araşdırılacaq.

Əgər medalçıların biri, yaxud ikisi də meyarların öhdəsindən gəlməsə, qurum çempionatın digər yarışmaçıları arasında «süzgəc»dən keçirəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti