AFFA-nın İcraiyyə Komitəsinin (İK) növbəti iclası baş tutub.
Yığıncaqda Premyer Liqada klub sayının artırılması məsələsi müzakirə olunub.
2025-2026-cı illər mövsümündən komanda sayının 10-dan 12-yə artırılması qərara alınıb. Eyni zamanda, gələn sezondan legioner limitinin ləğvi qərara alınıb.
“Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərov bu haqda maraqlı şərhlərlə diqqət çəkib.
Tanınmış jurnalist hər iki qərarı alqışlayaraq, Azərbaycan futbolunda yeni bir dövrün başladığını vurğulayıb: “
Ötən həftə İcraiyyə Komitəsində qəbul ediləcək qərarların anonsunu vermişdik. Legioner limitinin ləğvi yerli futbolçunun inkişafına da təsirsiz ötüşməyəcək.
Üzərində daha çox çalışacaq, əvvəlki kimi rahatlıq olmayacaq. Məşqçilər də, təbii ki, yerli futbolçular da hazırdırsa, legioner fərqi qoymadan onun xidmətindən yararlanacaq.
Klub sayına gəldikdə isə bu qərarı alqışlamaq lazımdır. Belə olan halda, bölgə klublarına bu şans yaradılmalıdır.
Paralel olaraq, Birinci və İkinci Liqada da iştirakçı sayı artırılmalıdır”.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN