“Təəccüblə qarşılayıram ki, "Qarabağ” fiziki, psixoloji baxımdan heç cür özünə gələ bilmir.
Komandanı yenidən “söndürüb-yandırmaq” lazımdır.
Müdafiə olunmada ciddi problemlər mövcuddur. Qurban Qurbanov təcili bu sönük dönəmi aradan qaldırmalıdır.
"Zirə"yə isə yağlı “5” düşür. Rəşad Sadıqov komandasını mental və fiziki cəhətdən oyuna yaxşı kökləmişdi.
Hesabda geridə olmalarıına baxmayaraq, etdiyi dəyişiklərlə meydanda sözünü dedi. “
Sumqayıt”da da Vaqif Cavadovun əlini gücləndirəcək transferlər şərtdir.
Mövcud heyətlə bundan artığını heç kim edə bilməz. Taktiki olaraq hər bir rəqibə çətin anlar yaşayılır”
Bu açıqlamalar “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.
Tanınmış jurnalist Premyer Liqada başa çatan 21-ci tur barədə şərhlər verib.
Hesabat turunda keçirilən qarşılaşmalar barədə danışan E.Cəfərov “Qarabağ”dakı enişdən, Vaqif Cavadovlu “Sumqayıt”dakı proseslərdən geniş danışıb, futbolumuzda cərəyan edən proseslərə toxunub.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN