COP29

“Zirə” möhtəşəm geridönüş etdi, “Qarabağ”ı da uddu

20:54 Premyerliqa 468
“Zirə” möhtəşəm geridönüş etdi, “Qarabağ”ı da uddu

"Zirə" Premyer Liqanın XXI turunda "Qarabağ"a qalib gəlib.

Sportinfo.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan qarşılaşmada ev sahibləri 3:2 hesablı qələbə qazanıb.

"Qartallar"ın heyətində Salifu Suma (56, 67) və Davit Volkov (90) fərqlənib. Ağdam təmsilçisinin qollarını isə Aleksey Kaşukla (20) Patrik Andrade (42) vurub.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 50 xalla turnir cədvəlinə başçılıq edir. 39 xalı olan "Zirə" üçüncüdür.

Turun əvvəlki oyunlarında "Kəpəz" "Sabah"ı 3:2, "Neftçi" "Şamaxı"nı 1:0 hesabı ilə üstələyib.

"Turan Tovuz" - "Səbail"lə (1:1), "Sumqayıt" isə "Araz-Naxçıvan"la (0:0) heç-heçə edib.

“Zirə” – “Qarabağ” 3:2

Qollar: Salifu Suma 56, 67, Davit Volkov, 90 // Aleksey Kaşuk, 20, Patrik Andrade, 42
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Elçin Məsiyev
VAR: Rauf Cabarov
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Kifayət Mustafayeva
Zirə İdman Kompleksinin stadionu, 19:00

"Zirə": 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 70. İssa Cibrilla, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 18. Junior Martins, 17. Ayron Qomis, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 97. Tyaqo Silva, 41. Anar Nəzirov, 21. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Akka, 90. Davit Volkov, 10. Georgi Papunaşvili, 23. Rafael Utziq, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.

"Qarabağ": 1. Şahrudin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov (k), 24. Aleksey İsayev, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 81. Kevin Medina, 66. Patrik Andrade, 19. Redon Cica, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 99. Mateuş Koxalski, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 6. Julio Romao, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.

Digər Xəbərlər
Xəbər Lenti