COP29

"Araz-Naxçıvan" Sumqayıt səfərində - CANLI YAYIM

18:32 Premyerliqa 252
"Araz-Naxçıvan" Sumqayıt səfərində - CANLI YAYIM

Bu gün Premyer Liqada XXI turun daha iki oyunu keçiriləcək.

Sportinfo.az xəbər verir ki, ilk olaraq "Turan Tovuz" autsayder "Səbail"i sınağa çəkəcək.

Tovuz şəhər stadionundakı qarşılaşma 16:00-da başlayacaq.

Ardınca isə "Araz-Naxçıvan" səfərdə "Sumqayıt"ın qonağı olacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq matçın start fiti saat 18:30-da start götürəcək.

Turnir cədvəlində "Araz-Naxçıvan" 42 xalla ikinci, "Turan Tovuz" 35 xalla dördüncü sırada yer alıb. 21 xalı olan "Sumqayıt" altıncı, 15 xala malik "Səbail" isə sonuncu - onuncudur.

Turun əvvəlki oyunlarında "Kəpəz" "Sabah"ı 3:2, "Neftçi" isə "Şamaxı"nı 1:0 hesabı ilə məğlub edib.

16:00. “Turan Tovuz” – “Səbail” 1:1

Qollar: Alexandro Serrano 29 // Madi Queta 82

Qırmızı vərəqə: Kauan Martins, 43 (“Turan Tovuz”)

Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Elvin Bayramov

VAR: Rauf Allahverdiyev

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Nəriman Axundov

Tovuz şəhər stadionu.

"Turan Tovuz": 41. Sergey Samok, 88. Faiq Hacıyev, 7. İsmayıl Zülfüqarlı, 13. Fərid Yusifli, 77. Veysəl Rzayev, 9. Kristian da Silva (k), 23. Alexandro Serrano, 90. Joarlem Santos, 15. Emmanuel Hakman, 40. Kauan Martins, 21. Aleks Souza
Ehtiyat oyunçular: 1. İvan Konovalov, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 19. Orxan Əliyev, 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 11. Ayxan Hüseynov, 44. Rüfət Əhmədov, 30. Mircamal Əlizadə, 80. Otto Con, 6. Araş Qaderi, 29. Anton Kraçkovski
Baş məşqçi: Kurban Berdıyev

"Səbail": 12. Əlirza Müştəbazadə, 96. İlkin Muradov, 74. Yusif Nəbiyev (k), 20. Mert Çelik, 10. David Qomis, 8. Qorka Laruçça, 3. Dmitro Litvin, 99. İnnosent Nşuti, 4. Marko Nikoliç, 7. Madi Queta, 14. Suleyman Alluş
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 25. Nicat Məmmədzadə, 22. Mirabdulla Abbasov, 77. Fərid Nəbiyev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 83. Nihad Quliyev, 19. Samir Abdullayev, 16. Emin Rüstəmov, 97. Oruc Məmmədov, 88. Hacıəli Şirəliyev, 5. Gitay Sofir
Baş məşqçi: Cavid Hüseynov

18:30. “Sumqayıt” – “Araz-Naxçıvan” 0:0

Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamran Əliyev

VAR: Əliyar Ağayev

AVAR: Zeynal Zeynalov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Anar Şixəliyev

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

"Sumqayıt": 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 19. Roi Kehat, 12. Georgi Xaraişvili, 11. Momo Yansane, 5. Alan Dias, 77. Casurbek Caloliddinov.
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 36. Xəyal Fərzullayev, 2. Sertan Taşkın, 30. Kamran Quliyev, 41. Uğur Cahangirov, 21. Nihad Əhmədzadə, 29. Qabil Əlizadə, 66. Ruslan Əliyev, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 95. Miloş Miloviç, 60. Tresor Mossi.
Baş məşqçi: Vaqif Cavadov.

"Araz-Naxçıvan": 12. Kristian Avram, 5. Qara Qarayev, 34. Ürfan Abbasov (k), 2. Slavik Alxasov, 24. Mustafa Əhmədzadə, 16. Ramon Maçado, 21. Sezar Meza Kolli, 29. Vanderson Melo, 17. İssuf Paro, 4. İqor Ribeyro, 97. Felipe Santos.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 99. Raul Əhmədzadə, 6. Vadim Abdullayev, 7. Ülvi İsgəndərov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 71. Sənan Ağalarov, 57. Elcan Məmmədov, 23. Nuno Rodriqes, 8. Karlos Jatoba, 14. Miço Kuzmanoviç, 10. Bernardo Dias.
Baş məşqçi: Elmar Baxşıyev.

Digər Xəbərlər
Xəbər Lenti
31 Yanvar 21:10 “O. çox səhv edir”