Premyer Liqanın 21-ci turunu iki nəfər kənardan izləyəcək.
Cəzalı duruma düşdükləri üçün baş məşqçi və futbolçu oyunları tribunadan izləyəcəklər.
Bunlar “Kəpəz”in çalışdırıcısı Azər Bağırov və “Turan Tovuz”un futbolçusu Rəhim Sadıxovdur.
Hər ikisi ötən həftə sarı vərəqə limitini doldurduqları üçün cəzalı duruma düşüblər.
Yanvarın 31-də “Kəpəz” – “Sabah”, “Neftçi” – “Şamaxı”, fevralın ilk günündə “Turan Tovuz” – “Səbail”, “Sumqayıt” – “Araz-Naxçıvan”, ayın 2-də “Zirə” – “Qarabağ” qarşılaşmaları baş tutacaq.
HƏBİB / SPORTİNFO.AZ