COP29

GÜNÜN ŞOK XƏBƏRİ! AFFA Premyer Liqaya bu yeniliyi gətirəcək?

27 Yanvar 09:40 Premyerliqa 1 709
GÜNÜN ŞOK XƏBƏRİ! AFFA Premyer Liqaya bu yeniliyi gətirəcək?

Premyer Liqanın qarşıdakı mövsümündə legioner limiti necə olacaq?

Ümumiyyətlə, olacaqmı?

Bu suallar həftələrdən bəridir ölkənin futbol həyatının gündəmini zəbt edib.

Saytımızın yaydığı informasiyanın üstündən keçən günlər ərzində məsələyə müxtəlif səviyyələrdə münasibət bildirilib.

AFFA İcraiyyə Komitəsinin (İK) dekabrın əvvəlində baş tutan son toplantısında limit geniş müzakirəyə çıxarılıb. İK üzvlərinin əksəriyyəti legioner futbolçulara qoyulan say məhdudiyyətinin tamamilə ləğvi təşəbbüsünü dəstəkləyib.

Buna əsas etiraz edən şəxs isə Qurban Qurbanov olub. «Qarabağ»ın baş məşqçisi prosesin mərhələli şəkildə aparılmasını istəyib.

O, 7+4-dən 8+3-ə keçidi məqbul sayıb, bildirib ki, limitin tamam ləğvini sonrakı mövsümlərə saxlamaq lazımdır.

Azərbaycanın ən yaxşı futbol mütəxəssisi deyib ki, əcnəbilərə qoyulan məhdudiyyət birdən-birə götürülsə, klubların yerli oyunçulara maraq və diqqəti xeyli dərəcədə aşağı düşəcək, bu da millinin daha da zəifləməsinə gətirib çıxaracaq.

Qurbanovun, həmçinin ayrı-ayrı klub rəhbərlərinin, məşqçilərin gözlənilən qərara sərt reaksiyası AFFA rəhbərliyini limit mövzusunda bir daha düşünməyə məcbur edib.

İK-nin növbəti yığıncağının ötən həftələrdə iki dəfə təxirə salınmasının gerçək səbəblərindən biri də budur.

Komitə limitin götürüləcəyi halda, bunun əks-sədasının necə böyük olacağını bilir. İK həmin rezonansa və onun qarşısında dayanmata hazır deyil.

Belə bir vaxtda federasiyanın üst mənsublarından biri yeni təkliflə çıxış edib. Təklif konkretdir: limit 9+2 olsun.

Bu, AFFA başbilənləri arasında artıq müzakirə edilib, həmçinin «icrakom»un bəzi üzvləri ilə məsləhətləşmələr aparılıb. Rəy əsasən müsbətdir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Yanvar 17:20 Bu da YAXŞI XƏBƏR deyil
27 Yanvar 02:40 "Ordu" məğlub oldu