COP29

AFFA-dan legioner limiti ilə bağlı GERİ ADDIM

27 Yanvar 21:00 Premyerliqa 1 228
AFFA-dan legioner limiti ilə bağlı GERİ ADDIM

AFFA rəhbərliyi legioner limiti ilə bağlı qərarda geri addım atıb.

Bir müddət əvvəl ilk dəfə bizim işıqlandırdığımız və futbol ictimaiyyətində geniş rezonans doğuran xəbərdə federasiya rəsmilərinin Premyer Liqada legioner limitinin ləğv edilməsi barədə qərara hazırlaşdığını xəbər vermişdik.

Qurum hazırkı şərtlər altında bu qərarı verməyəcək.

Səbəb yaranmış kütləvi narazılıqdır.

Limitin ləğvini istəyənlərdən çox əlayehinə çıxanlar var.

Xüsusilə futbol mütəxəssisləri hazırkı məqamda belə qərarın ölkə futboluna ciddi fayda verməyəcəyini dilə gətirir.

Premyer Liqada çalışan 10 baş məşqçidən 7-si bir müddət əvvəl mövzu ilə bağlı sorğumuza verdiyi cavabda açıq-aşkar limitin ləğv edilməsinə qarşı çıxmışdı. Samir Abasov neytral mövqe nümayiş etdirmişdisə, Rəşad Sadıqov və Vasili Berezutski limitin ləğv edilməsinin dəstəkləmişdi.

Amma limitin ləğv edilməsi üçün alternativ yollar da axtarılır. Məsələn, klub sayının artırılması kimi.

Buna da əlavə maliyyə ayrılması lazımdır.

Qısası, əgər yeni mövsümdən klub sayı indiki kimi qalacaqsa, limitin ləğvinə gedilməyəcək.

Əsasnamədə olduğu kimi 8+3 qüvvədə qalacaq.

Yalnız klub sayını artırmaq mümkün olsa, limitin ləğvi qərarı qüvvəyə minəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti