COP29

Biri yerli, biri legioner - Onlar üçün PİS XƏBƏR

08:50 Premyerliqa 190
Biri yerli, biri legioner - Onlar üçün PİS XƏBƏR

Premyer Liqanın 19-cu turu iki futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib.

Sportinfo.az xəbər verir ki, bunlar Məqsəd İsayev və Araş Qaderidir.

“Zirə”nin müdafiəçisi İsayev “Araz-Naxçıvan”la (1:0) oyunda, “Turan Tovuz”un iranlı arxa xətt oyunçusu Qaderi isə “Kəpəz”lə (2:5) qarşılaşmada sarı vərəqə alıb.

Bununla onlar cari mövsüm 4-cü sarı vərəqələrini alıblar. Bu da o deməkdir ki, İsayev və Qaderi komandasının növbəti görüşünü buraxacaq.

20-ci turda “Zirə” “Şamaxı”nın, “Turan Tovuz” isə “Qarabağ”ın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti