COP29

ŞOK SƏBƏB! AFFA-nın Premyer Liqada klub sayını artırmaq istəməsi buna görə imiş!

09:00 Premyerliqa 1 096
ŞOK SƏBƏB! AFFA-nın Premyer Liqada klub sayını artırmaq istəməsi buna görə imiş!

Premyer Liqanın gələn mövsümündə iştirakçı sayının artırılması gözlənilməsi barədə dünən xəbər vermişdik.

Gündəmə bomba kimi düşən informasiya ictimaiyyətdə böyük maraqla qarşılanıb, ciddi rezonans doğurub.

Bildirmişdik ki, AFFA rəhbərliyi sözügedən məsələni daxili müzakirəyə çıxarıb.

Qurumun prezidenti Rövşən Nəcəf vitse-prezidentlər və digər rəsmilərin bununla bağlı mövqeyini öyrənib. Əksəriyyət bu təşəbbüsü dəstəkləyib.

Elitada klub sayının çoxaldılmasının bu gün keçiriləcək İcraiyyə Komitəsinin iclasında da gündəmə gətirilməsi nəzərdə tutulub.

Prezident Rövşən Nəcəfin təlimatına əsasən, komitə üzvlərinə toplantının yeri və saatı barədə məlumat verilib.

Əslində, İK ötən həftə yığışmalı idi. Lakin son anda AFFA başçısının SOCAR-da digər işlərinin ortaya çıxması səbəbindən yığıncaq ertələnməli olub.

Federasiyadan redaksiyamıza daxil olan informasiyaya görə, Premyer Liqada iştirakçı sayının 12-14-ə qədər artırılması müzakirələrin mərkəzində dayanır.

Əgər İK üzvləri çempionatda 12 komandanın yarışmasına qərar verərsə, I Liqada ilk 3 pilləni tutanlar birbaşa yuxarı buraxılacaq. Premyer Liqanı sonuncu yerdə bitirəcək klub isə qeyd-şərtsiz aşağı dəstəyə göndəriləcək.

İkinci plana görə, İK Premyer Liqada 14 yarışmaçının olmasını istəyərsə, I Liqada sezonu birinci «beşlik»də başa vuranlar elitanın qapısını döyəcək.

Mümkün say artımının arxasında dayanan səbəblər də artıq bizə məlumdur. Bu, birbaşa legioner limiti ilə bağlıdır.

Belə ki, İcraiyyə Komitəsi əcnəbi oyunçulara tətbiq olunan məhdudiyyəti tamamilə ləğv etməyi planlaşdırır.

99 faiz ehtimalla, bu, belə də olacaq. Bir il öncə nəzərdə tutulduğu kimi, 7+4-dən 8+3-ə keçid edilməyəcək, limit birbaşa götürüləcək.

AFFA mənsubları görür ki, bu qərara münasibət birmənalı deyil.

Saytımıxın ilk dəfə yaydığı xəbərin üstündən keçən günlər ərzində hamı bir-birinə dəyib, futbol sferası şok yaşamaqdadır. Limitin ləğvini istəyənlər kimi, legioner sevdasına qarşı çıxanlar da kifayət qədər çoxdur.

Federasiya limitin ləğvindən sonra yerli futbolçuların bir qisminin karyerasını bitirəcəyini göz önünə gətirərək, klub sayını artırmaqla bu prosesin qarşısını almaq istəyir.

Yəni kt, kənarda qalanlar, futbolu atanlar olmasın, Premyer Liqaya gələcək komandalar onların xidmətindən yararlansın.

Daxili bazara üz tutan klublara AFFA tərəfindən əlavə vəsait ödəniləcək. Kim bu oyunçulara forma şansı verərsə, meydana çıxdıqları həro matça görə pul əldə edəcəklər.

Söhbət 500-1000 manat arasında olan bir məbləğdən gedir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti