Azərbaycan Premyer Liqasında 19-cu tura yekun vurulub.
Turun maraqlı qarşılaşmalarından biri də Tovuzda baş tutub.
“Kəpəz” evdə “Turan Tovuz”la üz-üzə gəlib. Qərb derbisində qalib Gəncə klubu olub - 5:2.
“Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərov hesabat turu ilə bağlı maraqlı şərhlərlə diqqət çəkib.
Tovuz təmsilçisində müdafiə olunmada problemlərə toxunub: “Möhtəşəm derbi izlədik. Azər Bağırov Kurban Berdiyevi oyun planında üstələməyi bacardı.
“Turan” xüsusilə müdafiədə ciddi səhvlərə yol verdi. Qazanılan toplarda sürətli oynayan və düşünən bir “Kəpəz” var idi.
Bu cür dar çərçivədə qurulan heyətlə uğur qazanmaq və nə etdiyini bilən bir kollektiv qurmaq əla işdir.
“Neftçi” – “Sabah” qarşılaşmasında isə arzulanan futbolu izləmədik. “Neftçi” keyfiyyətli oyunçu sarıdan əziyyət çəkir.
Hücumda çoxala bilmirlər. Ona görə də mütləq transferlər edilməlidir.
“Sabah” rəqibdən çəkinərək oynadı. Daha cəsarətli olsaydılar, qalib də gələ bilərdi”.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN